Almaniya Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Keyr Starmeri də dəvət etmək istəyir.
Bu barədə "Şpiqel" nəşri hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Almaniyada Baydenin gəlişi ilə “kvartet formatı"nda görüş nəzərdə tutulur. Əsas diqqət Ukraynaya dəstək olacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin oktyabrın 10-da Almaniyanın paytaxtı Berlinə səfər edəcəyi gözlənilir. O, burada 3 gün qalacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.