AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçın böyük Zəfərin rəmzidir

  • + A
  • - A
  • 15-10-2024, 08:29

    Laçın böyük Zəfərin rəmzidir

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında vurğulamışdır ki, “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib”.

    Bu hadisə həm laçınlılar, həm də bütün Azərbaycan xalqı üçün böyük rəmzi məna daşıyır.

    30 ilə yaxın bir müddətdə işğal altında olan Laçın rayonunun infrastrukturu Ermənistan tərəfindən tamamilə məhv edilmişdir, bu ərazinin ekoloji sisteminə böyük ziyan vurulmuşdur. Həmçinin işğal dövründə ermənilər Laçında müharibə cinayəti kimi tövsif edilən qanunsuz məskunlaşma siyasəti həyata keçirmişlər, xaricdə yaşamış erməniləri həm Laçın şəhərində, həm bir neçə kənddə yerləşdirilmişlər. Xatırlatmaq lazımdır ki, ATƏT-in 5 fevral 2005-ci ildə həyata keçirdiyi faktaraşdırıcı missiyası müəyyən etmişdir ki, Laçında 8000-dək erməniəsilli şəxs qeyri-qanuni məskunlaşmışdır. Qəhraman ordumuz erməni işğalına son qoyaraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, mənfur düşmıni əzali torpaqlarımızdan qovdu. Laçının yeni inkişaf mərhələsi 44-günlük Vətən müharibəsində əldə edilən qələbdən sonra başlamışdır.

    Qısa dövr ərzində Laçında irimiqyaslı quruculuq işləri həyata keçirilib. Artıq generasiya gücü 8 meqavat olan Güləbird Su-Elektrik Stansiyası fəaliyyətə başlayıb ki, bunun nəticəsində 7000 nəfər vətəndaşımız elektrik enerjisi ilə təmin olunacaq.

    Həyata keçirələcək ən əhəmiyyətli layihələrdən biri də, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin planlaşdırılmasıdır. Mühüm məsələlər sırasında məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları xüsusilə diqqəti cəlb edir və yaxın zamanda Laçında təxminən dörd min insan məskunlaşaçaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR