Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhər, kənd,qəsəbə icra nümayəndəlikləri, o cümlədən yerli özünüidarəetmə orqanları iştirak etmişdirlər.
Rayon Statistika İdarəsinin rəisi Rafiq Məstəliyev tərəfindən iclas iştirakçılarına müəyyən dövrü əhatə etməklə rayonun sosial-iqtisadi inkişafına dair göstəricilər çatdırılmışdır
Bundan əlavə növbəti təsərrüfat ili üçün şum və səpin işlərinin başladığını nəzərə alaraq icra nümayəndəlikləri tərəfindən mütəmadi olaraq göstəricilərin rayon statistika idarəsinə təqdim edilməsi ilə bağlı tapşırıqlar verilmişdir.Qeyd olunan məlumatların nümayəndəliklər tərəfindən müəyyən dövrü əhatə etməklə real vaxd rejimində “Ev Təsərrüfatlarının Uçotu Kitabı“-na işlənilməsi ilə bağlı izahat işləri aparılmışdır.
Əlavə olaraq rayon statistika idarəsinin rəisi tərəfindən statistik vahidlər tərəfindən təqdim olunan statistik hesabatların tam əhatəliyi, statistik məlumatların keyfiyyəti və hesabat intizamına əməl olunması ilə bağlı məsələlər çatdırılmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.