Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Təzəbinə kəninə köçürülən ailələrin sayı 56-ya (251 nəfər) çatıb.