AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanla Moldovanı müqayisə etmək tamamən təhqirdir - İrakli Kobaxidze

  • + A
  • - A
  • Dünən, 22:08

    Gürcüstanla Moldovanı müqayisə etmək tamamən təhqirdir -


    Gürcüstanın Baş naziri İrakli Kobaxidze AB-nin xarici siyasət rəhbəri Jozep Borrellin Moldovanı Gürcüstandan üstün tutmasını təhqir adlandırıb.

    Azadmedia.az xəbər verir ki, baş nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.

    Belə ki, “Gürcüstanla Moldovanı müqayisə etməyə gəlincə, bu, tamamən təhqirdir. Siz bilirsiniz ki, Gürcüstan Moldovanı hər cəhətdən qabaqlayır, istər demokratiya, istər insan haqları, istərsə də iqtisadiyyat baxımından… Biz bu fərqi artırmışıq. Gürcüstan və Moldova iqtisadiyyatları arasında fərqi 9 milyard dollar artırmışıq ki, bu da Moldovadan fərqli olaraq bizdə çox güclü dövlət institutlarının olması ilə bağlıdır”, - deyə Kobaxidze bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR