AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı

  • + A
  • - A
  • Bu gün, 17:52

    "Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı

    Avropa ölkələri ilə yanaşı bir çox ölkələrə iş vizası düzəltmək adı ilə 200 nəfərdən artıq şəxsi aldadaraq onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Rüfət Piriyevin ilk məhkəmə hazırlıq iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirildikdən sonra onun haqqında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

    Məhkəmənin növbəti iclası oktyabrın 30-a təyin olunub.

    Qeyd edək ki, Abroad MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev dələduzluqda ittiham olunur. Çoxsaylı şikayət əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR