AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə-Rusiya Əlaqələri adlı beynəlxalq Simpoziumu keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 16:02

    Türkiyə-Rusiya Əlaqələri adlı beynəlxalq Simpoziumu keçirilib -



    Bakı, 17 Oktyabrv — Azadmedia.az


    Türkiyə-Rusiya Əlaqələri adlı beynəlxalq Simpoziumu keçirilib.


    Azadmedia.az xəbər verir ki,
    Ege Universiteti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Qobustan Milli Tarix-Bədii Qoruğu, Lənkəran Regional Elmi Mərkəzi, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı və Azərbaycan Dövlət Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə böyük əhəmiyyət kəsb edən Beynəlxalq Türkiyə-Rusiya Əlaqələri Simpoziumu keçirilib. Bu elmi tədbir iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır.

    Simpoziumda Türkiyə və Azərbaycanın akademik dairələrinin tanınmış alim və tədqiqatçıları iştirak edərək tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrə dair aktual mövzular üzrə məruzələrlə çıxış ediblər.

    Simpoziumun açılış mərasimində çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə dayanan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O bu münasibətlərin xüsusilə də iki ölkə arasında tarixi ədalətin bərpası və birgə keçmişimizin qorunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Dr. Bayramova həmçinin Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" kimi tarixi abidələrin hər iki xalqın yaddaşında xüsusi yer tutduğunu və bu kimi simpoziumların tarixi faktların geniş ictimaiyyətə çatdırılması baxımından mühüm olduğunu qeyd edib.

    Simpozium çərçivəsində keçirilən məruzələrdə iştirakçılar Türkiyə-Rusiya əlaqələrinin tarixi fonunda regional təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inkişaf məsələlərini ətraflı şəkildə müzakirə ediblər. Bununla yanaşı, iki ölkənin strateji tərəfdaşlığı, mədəni mübadilələr və ortaq elmi tədqiqatların gələcək perspektivləri də ön plana çəkilib.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR