Belarusda Nümayəndələr Palatası (parlamentin aşağı palatası) ölkədə keçiriləcək prezident seçkilərinin tarixini açıqlayıb.
Seçkilər 2025-ci il yanvarın 26-da baş tutacaq.
Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenkonun sözlərinə görə, komissiya artıq seçki kampaniyasının başladılmasına hazırdır.
Qeyd edək ki, Belarusda dövlət başçısı 5 il müddətinə seçilir. Respublikada sonuncu prezident seçkiləri 2020-ci il avqustun 9-da keçirilib. Bu zaman hazırkı Prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib. Onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 10 faiz səs toplayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.