Reportyor.tv xəbər portalına yazan bir qrup Abşeron rayon Xırdalan şəhər sakinlərinin Yol Patrul Xidmətinə olunan minnətdarlıq məktubunu dərc edirik.
Sakinlər qeyd edirlər ki, uzun müddətdir avtomobil yollarında piyada keçidlərini keçməkdə bir çox çətinliklərlə üzləşirdilər. Ancaq son zaman Abşeron rayonu Xırdalan şəhərində, əhalinin sıxlığını təşkil edən yerlərdə artıq bu problem aradan qaldırılıb. Belə ki, ən çox sürücü və piyada arasında baş verən narazıçılıqların yaranmasına səbəb olan piyada keçidlərinin ikisi, piyadaların istifadəsinə verilən əl ilə idarə olunan işıqforlar təşkil olunub.
Elə bu baxımdan da sakinlər, qocaların, cavanların və uşaqların yolu keçməsində heç-bir problem yaşamamına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisinin və Abşeron rayon Yol Patrul Xidmətinin birgə həyata keçirdiyi bu təşəbbüsü alqışlayaraq öz dərin minnətdarlıqların bildirirlər