AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“HALAL” SERTİFİKAT VERƏN QURUM BEYNƏLXALQ AKKREDİTASİYA OLUNDU:

  • + A
  • - A
  • 1-11-2024, 11:47

    “HALAL” SERTİFİKAT VERƏN QURUM BEYNƏLXALQ AKKREDİTASİYA OLUNDU:

    “AzeSERT HALAL” Sertifikatlaşdırma qurumu Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub.

    https://www.hak.gov.tr/haberler/azesert-halal-mmc-adli-kurulus-hak-tarafindan-akredite-edilmistir Akkreditasiya tələbləri İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi “HALAL” sertifikatlaşdırmanı həyata keçirən qurumlar üçün tələblər” standartının əsasında həyata keçirilib.

    Bununla da, “AzeSERT HALAL” Sertifikatlaşdırma qurumu beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna malik olmuşdur. Qurumun məqsədi Azərbaycan Respublikasında istehsal olunan Halal məhsulların beynəlxalq bazara rahatcılıqla cıxışını təmin etməkdir.

    “AzeSERT HALAL” Halal məhsullarının keyfiyyətinin yüksəldilməsi, istehlakçıların hüquqlarının müdafiə edilməsi, “Halal” məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə 2014-cü ildə “Halal məhsulların Sertifikatlaşdırılması Qurumu olaraq təsis edilmişdir.

    “AzeSERT HALAL” Halal məhsulların Sertifikatlaşdırılması Qurumu 2014-cü ildən bu günə kimi yalnız “HALAL” məhsulların sertifikatlaşdırılması qurumu kimi fəaliyyət göstərir.

    AzeSERT HALAL” Halal məhsulların Sertifikatlaşdırılması Qurumu AZS OIC/SMIIC 1:2022 (OIC/SMIIC 1:2019) “Halal qida üçün ümumi tələblər”, AZS OIC/SMIIC 2:2022 “Uyğunluğun qiymətləndirilməsi Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün tələblər” və digər beynəlxalq standartların tələblərinə uyğun olaraq fəaliyyət göstərir və sistemin fəaliyyəti zamanı təkmilləşdirmənin aparılmasını qarşısına məqsəd qoymuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR