Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimat Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən edilib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı sərəncama əsasən, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.("Report")
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.