AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyə seçkiləri təxirə salındı. Növbəti seçkilər nə vaxt olacaq?! CAVABLAR!

  • + A
  • - A
  • 5-11-2024, 12:45

    Bələdiyyə seçkiləri təxirə salındı. Növbəti seçkilər nə vaxt olacaq?! CAVABLAR!

    1999-cu ildən bəri ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Ötən müddət ərzində bələdiyyələrlə bağlı problemlər olsa da, bu sahədə bir çox yeniliklər də icra olunub.

    Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.

    Növbəti bələdiyyə seçkiləri 2024-cü ilin dekabrında nəzərdə tutulurdu. Lakin sonradan seçkilərin keçirilməsinin təxirə salındığı bildirildi. Milli Məclisin deputatı Kamran Bayramov AzadMedia.az-a açıqlamasında seçkilərin təxirə salınması ilə bağlı bunları dedi:

    “Düşünürəm ki, bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının qərarını gözləməliyik. Amma bu gün noyabrın 5-dir. Ən azından 60 gün öncədən seçkilər elan olunmalıdır. Ununtmamalıyıq ki, bələdiyyələrdə birləşmə prosesi də gedir. Həmçinin, ölkəmiz böyük tədbirə COP29-a ev sahibliyi edəcək. Ola bilər ki, bu cür hallara görə bələdiyyə seçkilərinin keçirilməsi təxirə salınıb”.

    Məsələ ilə bağlı MSK-nın sədr müavini Rövzət Qasımov Reporta açıqlamasında bildirib ki, növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq. Hesablamalara əsasən deyə bilərik ki, bələdiyyə seçkilərinin tarixi 2025-ci ildə mümkün olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR