AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İqlim Skaneri"nin ilkin nəticələri təqdim olunub

  • + A
  • - A
  • 14-11-2024, 12:48

    "İqlim Skaneri"nin ilkin nəticələri təqdim olunub

    Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "ClimateScanner" ("İqlim Skaneri") layihəsinin nəticələri açıqlanıb.

    Bu barədə COP29 çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə məlumat verilib.

    Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatına (INTOSAI) hazırda rəhbərlik edən Braziliyanın Ali Audit Orqanı (AAO) Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudison bildirib ki, milli hökumətlərin iqlimlə bağlı gördüyü tədbirləri qiymətləndirmək məqsədilə 240 yoxlayıcıya bu sahədə təlimlər keçirilib. Həmçinin, indiyə qədər öz hökumətlərinin kənar auditoru kimi fəaliyyət göstərən 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb olunub, bunun 61-i qiymətləndirməni bu vaxta qədər yekunlaşdırıb.

    Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqo Filho isə deyib ki, Azərbaycanın elmin qlobal miqyasda ən yüksək nümunəyə çevrilməsində göstərdiyi dəstək çox qiymətlidir.

    "2 mühüm layihəni təqdim etmək istəyirəm. Bunlardan biri İqlim Skaneri" layihəsidir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vacib təşəbbüs kimi qiymətləndirilib. İkinci layihə isə "Keçid Enerjisi" adlanır ki, növbəti illərdə çox vacib olacaq", - deyə o qeyd edib.

    Bundan başqa, qonaq deyib ki, ölkələrin əksəriyyətində dövlət siyasəti, o cümlədən milli öhdəliklərin qəbul edilməsi, yumşaldılma strategiyaları, Milli Uyğunlaşma Planları və digər sahələrdə hökumət tərəfindən görülən işlər qənaətbəxşdir.

    "Bununla yanaşı, idarəetmə strukturlarında, qanunvericilikdə, inzibati strukturlarda, risk idarəetməsində və şəffaflıq məsələlərində tərəqqi müşahidə olunub. Ancaq maliyyə sahəsində, xüsusilə daxili, beynəlxalq və özəl iqlim maliyyəsi üzrə mövcud mexanizmlərin və həyata keçirilən fəaliyyətlərin gücləndirilməsi zərurəti yüksək olaraq qalır. Bu nəticələrə Kanada, Braziliya, Filippin, Yeni Zellandiya və Çili kimi müxtəlif ölkələr üzrə daha ətraflı baxmaq mümkündür".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR