AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəmaləddin Heydərov AEBA-nın baş direktorunun müavini ilə görüşdü

  • + A
  • - A
  • 14-11-2024, 19:10

    Kəmaləddin Heydərov AEBA-nın baş direktorunun müavini ilə görüşdü

    Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Hua Liunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq Bakıda keçirilən COP29-un əhəmiyyətini qeyd edib.

    Nazir ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olduğu 2001-ci ildən etibarən ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından danışıb, respublikamızda nüvə və radioloji fəaliyyət sahəsində tənzimləyici funksiyaları yerinə yetirən Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyətindən bəhs edib. Təşkilatla həyata keçirilən birgə layihələrin, o cümlədən treninq və seminarların faydasından danışan nazir müxtəlif səviyyəli görüşlərin, keçirilən müzakirələrin münasibətlərə töhfə verdiyini deyib.

    Səmimi görüşə görə təşəkkürünü bildirən AEBA-nın baş direktorunun müavini Hua Liu Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. Qonaq təmsil etdiyi təşkilatla milli əlaqələndirici qurum olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əlaqələrinin yüksələn xətlə inkişafından, ölkəmizdə nüvə və radioloji təhlükəsizlik sahəsində görülən tədbirlərdən məmnunluq ifadə edib.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR