AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyi ilə mübarizədə regional və qlobal səylərə töhfə verir”

  • + A
  • - A
  • 15-11-2024, 22:36

    “Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyi ilə mübarizədə regional və qlobal səylərə töhfə verir”


    İbrahim CƏFƏROV,
    Akademik,

    200 ölkənin yekdil qərarı ilə Odlar Yurdu Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu sözsüz ki, bizim ölkəyə olan dərin hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsidir.

    Biz ölkə olaraq iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün fikirlərimizi diqqətə çatdırmaq fürsətidir. Əlbətdə ki, bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləyirik və hesab edirəm ki, ölkə olaraq ev sahibliyi etməyin üstünlüklərindən biri də on minlərlə qonağın gəlməsidir. Onların əksəriyyəti buraya ilk dəfə səfər edir. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə ediblər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənirlər.. Xüsusilə qeyd etmək istəyirəm ki, COP29 sülh prosesinin nəticəsidir. Həmçinin budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavələr etmişik və belə məsələlərdən biri də sülhdür. Əvvəla, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Belə ki, Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada həm də, aramızda etimadın yaranmasından söhbət gedir. Çünki elə ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. Bir sözlə, COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir. Ancaq COP29-dan da əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır.
    Bütün bunlarla yanaşı, biz həm də müxtəlif qurumlarda, o cümlədən İslam Əməkdaşlıq təşkilatlarında (İƏT) təşəbbüslərlə çıxış etmişik və ya bir çox hallarda müxtəlif tədbirlərdə iştirak etmişik. Heç şübhəsiz, biri digərini istisna etməməlidir. Hər zaman ədalətli olmalısan, addımlarını, bəyanatlarını beynəlxalq hüquq əsasında qurmalısan. Hər şeyi milli maraqlara uyğun etməli, milli maraqlara zidd heç nə etməməlisən.
    Bu gün məhz Azərbaycanın atdığı bütün addımlar bu qaydalar çərçivəsindədir.
    Ən önəmlisi isə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada yüksək səviyyədə qiymətləndirilməsi deməkdir.
    Əminəm ki, COP29-un sədri kimi Azərbaycan dövləti inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına ən ali səviyyədə töhfə verməyə çalışacaq.
    Eyni zamanda, COP29-un sədri kimi Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr yaxşı şəkildə qurulsun.
     Ən əhəmiyyətlisi isə, Azərbaycan Respublikası 2024-cü ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə beynəlxalq arenada liderlik mövqeyini bir daha nümayiş etdirir. Bu ali tədbirin Bakıda keçirilməsi ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal rolunun bariz nümunəsidir. Xüsusilə, bu tədbir ölkəmizin beynəlxalq imicinin gücləndirilməsi, ölkəmizin iqtisadi və turizm potensialının tanıdılması baxımından da vacibdir. COP29, dünya liderlərinin, hökumət nümayəndələrinin, elm adamlarının və vətəndaş cəmiyyəti təmsilçilərinin bir araya gələrək iqlim dəyişikliyi ilə mübarizə strategiyasını müzakirə etməsi üçün ən mühüm platformadır. Ölkəmiz, COP29-a ev sahibliyi edərək, qlobal iqlim müzakirələrində fəal iştirak edir və öz təcrübəsini digər ölkələrlə bölüşür. Azərbaycan dövləti, beynəlxalq ictimaiyyəti iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməyə və birgə həll yolları tapmağa çağırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR