AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bölgələrdə tibbi kadr təminatı çox ağır vəziyyətdədir - Komitə sədri

  • + A
  • - A
  • 19-11-2024, 12:37

    Bölgələrdə tibbi kadr təminatı çox ağır vəziyyətdədir - Komitə sədri


    "Bölgələrdəki tibb müəsssələrinin tibbi kadr təminatı məsələsi çox ağır vəziyyətdədir".

    Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

    Onun sözlərinə görə, elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmazlığı var: “Bu istiqamətdə həm Səhiyyə Nazirliyi, həm Azərbaycan Tibb Universiteti, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə məsləhətlər aparılmalıdır ki, problemlər həll olunsun. Problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər. Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var? Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR