AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

COP29-un uğurlu nəticələri Azərbaycanın beynəlxalq miqyasda liderlik potensialının təsdiqidir

  • + A
  • - A
  • Bu gün, 13:00

    COP29-un uğurlu nəticələri Azərbaycanın beynəlxalq  miqyasda liderlik potensialının təsdiqidir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    “İqlim dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının” iştirakçı-dövlətləri konfransının - COP29-un Azərbaycanda keçirilməsi və uğurlu nəticələri əyani formada sübut etdi ki, ölkəmiz qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edərək, onları böyük müvəffəqiyyətlə keçirə bilər.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”. Bakıda keçirilmiş COP29-un qəbul etdiyi ən mühüm qərarları sırasında hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusi yeri tutur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29-a Sədrliyi olaraq həyata keçirdiyi intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Dövlət Başçısının sözlərinə görə, “Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır”.
    BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 2015-ci ildən başlayan danışıqlar COP29un gedişində yekunlaşaraq, həmin müddəanı funksional vəziyyətə gətirdi. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər.
    COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, bundan əlavə, Zərər və İtki Fondunu işə salmağa və Fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Əldə olunan irəliləyişlər iqlim fəaliyyətində çox mürəkkəb və ziddiyətli vəzifələri yerinə yetirmək üçün Azərbaycan Sədrliyinin uzunmüddətli səmərəli diplomatiyasının nəticəsidir. “İqlim dəyişmələri haqqında BMT-nin çərçivə Konvensiyasının” iştirakçı-dövlətləri konfransının uğurla başa çatması qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi yaddaşlarda qalacaq və bir daha Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun mühüm indikatoru oldu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR