AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-nun Geologiya fakültəsinin IV kurs tələbələri “Təqaüd proqramı” müsabiqəsinin qalibləri olub - FOTO

  • + A
  • - A
  • Bu gün, 17:12

    BDU-nun Geologiya fakültəsinin IV kurs tələbələri “Təqaüd proqramı” müsabiqəsinin qalibləri olub - FOTO


    Bakı, 27 noyabr — Azadmedia.az


    Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri “Təqaüd proqramı” müsabiqəsinin qalibləri olub.

    Azadmedia.az xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qaliblərini elan edib.

    Belə ki, şirkətin elan etdiyi “Təqaüd proqramı” müsabiqəsinin qalibləri arasında BDU-nun Geologiya fakültəsinin IV kurs tələbələri – Murtuzov Tural (GGFM-007A) və Zeynallı Emin (GGFM-007A) də var.

    BDU-nun Geologiya fakültəsinin IV kurs tələbələrini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

    Qeyd edək ki, Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən təqaüd Azərbaycanda faəliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən müsabiqə əsasında təqdim olunur. Müsabiqədə 2024-2025-ci tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya, ekologiya, kimya mühəndisliyi və metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak ediblər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarət olub.


    Xatırladaq ki, “AzerGold” QSC 2021-ci ildən ali və peşə təhsili üzrə “Təqaüd proqramı” layihələri icra edir. Bugünədək ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan 28, peşə təhsili müəssisələrində təhsil alan 35 nəfər tələbəyə təqaüd verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR