AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş nazirdən bu nəqliyyat vasitələrilə bağlı - Qərar

  • + A
  • - A
  • Bu gün, 13:31

    Baş nazirdən bu nəqliyyat vasitələrilə bağlı - Qərar

    “Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nı təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərara əsasən, “Yol hərəkəti haqqında” qanuna əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin operatorları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sisteminə aşağıdakı məlumatlar ötürür:

    1. kiçik elektrik nəqliyyat vasitəsinin operatoru olan hüquqi şəxsin adı və VÖEN-i və ya fərdi sahibkarın soyadı, adı və atasının adı, VÖEN-i;

    2. kiçik elektrik nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən müəyyən olunmuş eyniləşdirmə məlumatı, habelə operatoru tərəfindən müəyyən olunmuş eyniləşdirmə nömrəsi;

    3. kiçik elektrik nəqliyyat vasitəsilə səfərin eyniləşdirmə nömrəsi, səfərin başlanma və başa çatma yeri, tarixi və vaxtı, səfər üzrə hərəkət marşrutu və sürəti barədə məlumatlar.

    Qərar “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” 28 iyun 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında dövlət başçısının 24 iyul 2024-cü il tarixli fərmanının 2.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR