AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müdafiə Sənayesi Nazirliyi yeni şirkət yaradıb - Nizamnamə kapitalı 6 milyon manat

  • + A
  • - A
  • Dünən, 16:27

    Müdafiə Sənayesi Nazirliyi yeni şirkət yaradıb - Nizamnamə kapitalı 6 milyon manat

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Zireh" MMC-ni dövlət qeydiyyatına alıb.

    Yeni şirkətin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Bakı Cihazqayırma Zavodu" MMC ilə eyni - Bakı şəhəri, Sabunçu rayonu, 18 oktyabr küçəsi, 106, nizamnamə kapitalı 6 milyon manat, qanuni təmsilçisi isə Abas Nazir oğlu Quliyevdir.

    O, həm də adı çəkilən zavodun direktorudur.

    "Zireh"in Müşahidə Şurasının üzvləri də açıqlanıb. Bunlar MSN-nin Maliyyə və uçot şöbəsinin müdir müavini Səbinə Rafiq qızı Mustafayeva, nazirliyə məxsus “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin Direktorun müavini və Baş Maliyyə Direktoru Orxan Aydın oğlu Yusibov, eləcə də Fərahim Pərviz oğlu Hüseynzadədir.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR