Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Akademik Zərifə Əliyeva küçəsi, 99) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az e-poçt ünvanı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Lənkəran" filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: office.lankaran@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.