İsrailin Milli Təhlükəsizlik Şurası üç ölkəyə səfər xəbərdarlığını yeniləyib.
Ermənistana səfər xəbərdarlığı 1-ci səviyyədən 2-yə yüksəldilib.
Şuranın məlumatında qeyd olunub ki, bu barədə qərar Ermənistanda israillilərə, yəhudilərə qarşı təhdidlərin artması fonunda verilib.
Ermənistanla yanaşı, Maldivə də səfər xəbərdarlığının səviyyəsi yüksəldilib.
Bununla yanaşı, Braziliya ilə bağlı sözügedən xəbərdarlığın səviyyəsi endirilib.(The Times of Israel)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.