AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sülh danışıqları dalana dirənib? - İrəvan AÇIQLAMA VERDİ

  • + A
  • - A
  • 6-12-2024, 13:07

    Sülh danışıqları dalana dirənib? - İrəvan AÇIQLAMA VERDİ

    “Sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycanla danışıqlar dalana dirənməyib”.

    Bunu dekabrın 6-da Ermənistan parlamentində ənənəvi brifinq zamanı hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan elan olunmuş yeni ilkin şərtlər fonunda danışıqlar prosesində mümkün çıxılmaz vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

    Deputatın sözlərinə görə, danışıqlar prosesi davam edir. Artur Hovhannisyan danışıalarda müəyyən çətinliklər olduğunu deyib.

    “Mübahisə doğuran məqamlar var, onların ətrafında müzakirələr daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma biz çıxılmaz vəziyyətdən və danışıqlar prosesini davam etdirməkdən danışmırıq. Bu proses həmişə var”, - Hovhannisyan bildirib.

    Erməni deputat bildirib ki, danışıqlara vasitəçilik edən beynəlxalq tərəfdaşlar Azərbaycan və Ermənistanla sülh müqaviləsini son nəticəyə çatdırmaq üçün işləri davam etdirirlər.

    Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 4-də verdiyi açıqlamada Azərbaycanla sülh sazişinin mətninin 90 faizinin razılaşdırıldığını bəyan edib.

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə dünən ATƏT XİN Şurasının iclasındakı çıxışı zamanı vurğulayıb ki, sülh sazişinin 17 maddəsinin preambula və 15-i artıq razılaşdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR