AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaz cihazlarından istifadə zamanı ehtiyatlı olun!

  • + A
  • - A
  • 6-12-2024, 16:30

    Qaz cihazlarından istifadə zamanı ehtiyatlı olun!

    Qaz cihazlarından istifadə zamanı ehtiyatlı olun!

    Elə ki havalar soyudu dəm qazı problemi də aktuallaşır.

    Qışda qazdan boğulma halları ən çox hamamlarda baş verir. Dəm qazı zamanı baş verən hadisələrin əsas mənbəyi hamam otaqlarında hələ də suqızdırıcı qaz cihazlarının quraşdırılmasıdır. Bu isə normativ qaydalara uyğun olaraq yolverilməzdir. Lakin təəssüflər olsun ki müəyyən dövrlərdə həmin cihazlar hamam otaqlarına yerləşdirilib və hələ də hamam otaqlarından xaric edilməyib.

    Fövqəladə hallar nazirliyinin əməkdaşı Eldar Əhmədov AzadMedia.az-a açıqlamasında dəm qazının baş verməməsi üçün nələrə diqqət etməli olduğumuzu bildirib:

    “Sadə və ilkin istifadə qaydalarına əməl etmək şərtdir. Bunlar qaz cihazlarını işə salmamışdan öncə onun istifadəyə yararlı olub-olmadığından əmin olmaq lazımdır. Qaz cihazının tüstü xaric etmə cihazı nəzərdə tutulubsa, onun soyuma qabiliyyətinin işlək olub-olmadığını bilmək lazımdır. Üçüncü halda isə qaz cihazını nəzarətsiz qoymaq olmaz. Bu gün bəzi hallarda müşahidə olunur ki qaz cihazlarını yataq otaqlarında yaşayış otaqlarında istifadə edirlər.

    Birmənalı şəkildə qaz cihazları yataq otaqlarında istifadə olunmamalıdır. Ümumiyyətlə qaz cihazı olan otaqda yatmamalı və orada uzunmüddətli istirahət etmək olmaz”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR