Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub.
Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.
Qeyd olunub ki, bundan əvvəl polis bu addımı ölkədə qiyam barədə araşdırma çərçivəsində nəzərdən keçirib.
Belə ki, prezident və bir neçə məmur barəsində dövlətə xəyanət, qiyam və hakimiyyətdən sui-istifadə ilə bağlı ittihamlar irəli sürülüb.
Polis işin araşdırılması üçün 150 müstəntiqdən ibarət qrup yaradıb.
Xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib.
Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreya yönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib. Cənubi Koreya parlamenti prezidentə qarşı impiçment elan edə bilməsələr də, hakim partiya dövlət başçısının istefasının qaçınılmaz olduğunu hesab edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.