AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Prezidenti: Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək

  • + A
  • - A
  • 10-12-2024, 16:43

    Türkiyə Prezidenti: Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək

    Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək.

    Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başqanları toplantısında çıxışı zamanı bildirib.

    O qeyd edib ki, Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək:
    “Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz bunu şikayət edərək deyil, məmnunluqla etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Onların (suriyalıların-red.) öz evlərinə qaytarılması məsələsində heç bir təxribatı qəbul edə bilmərik. Bəzi insanların güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəni fəlakətə sürüklənməsinə tamaşa etməyəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR