Xocalı rayonunun Ballıca kəndinə ilk köç olacaq.
Köç sabah, dekabrın 13-də baş tutacaq.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınacaq.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.
Xatırladaq ki, bundan əvvəl may ayında 24 ailə - 88 nəfər Xocalıya köçürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.