Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin 11 ayında paytaxtdan Bərdə, Tərtər, Gəncə,
Mingəçevir, Zaqatala və Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində yeni müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verib.
Artıq bu istiqamətlərdə səfərlər 2015-2024-cü illər istehsalı olan 27 yeni avtobusla həyata keçirilir.
Bununla bağlı AYNA bu il 226 lot üzrə müsabiqənin keçirilməsi barədə elan verib.
“2023-cü və 2024-cü illərdə şəhərdaxili daşımalara ümumilikdə 284 müasir avtobus cəlb olunub”, - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.