AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əl-Colani: Suriya ikinci Əfqanıstan olmayacaq

  • + A
  • - A
  • Bu gün, 09:00

     

    Əl-Colani: Suriya ikinci Əfqanıstan olmayacaq


    Suriya Əfqanıstana bənzəməyəcək.

    Bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa bildirib.

    “Suriya Əfqanıstan deyil və olmayacaq”, – Al Arabiya telekanalı onun sözlərindən sitat gətirib.

    Əş-Şəraa hesab edir ki, bu iki ölkə “çox fərqlidir və fərqli ənənələrə malikdir”. O qeyd edib ki, “Suriya sakinləri fərqli mentalitetə malikdirlər”. Əş-Şəraa həmçinin qadınların təhsil almasına inandığını deyib.

    Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR