AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milix Yevdayev: Azərbaycan nadir dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib

  • + A
  • - A
  • Bu gün, 15:29

    Milix Yevdayev: Azərbaycan nadir dövlətlərdəndir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib


    Azərbaycan dünyada nadir dövlətlərdən biridir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını yarada bilib.

    Bunu Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Din xadimlərinin forumunda "Azərbaycan multikulturalizmi: Təcrübə, ənənə və müasir çağırışlar" mövzusunda panel müzakirədə deyib.

    "Bu harmoniya bizi ən tolerant ölkələrdən biri kimi tanıdıb. Dördmərtəbəli yəhudi dini mərkəzinin tikintisi başa çatmaq üzrədir. Bu mərkəzin tikintisinin bütün maliyyəsi dövlət hesabına təmin edilir", - deyə M.Yevdayev əlavə edib.

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə söyləyib ki, Azərbaycanda antisemitizmin olmadığına inanmayanlar var:

    "Bəzən xarici ölkələrdən Azərbaycana gələnlər sual edirlər ki, necə ola bilər, əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlətdə digər dini icmalarla problemlər yaşanmır. Düşünürlər ki, biz nəyi isə gizlədirik. Halbuki, həqiqətən də, Azərbaycanda bütün dini icmalar əmin-amanlıq içərisində yaşayırlar. Kilsələri və sinaqoqları silahlı şəxslər deyil, xalq özü qoruyur".

    AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə isə bildirib ki, hazırkı cəmiyyət üçün elmdən ideologiyaya, eyni zamanda ideologiyadan elmə qatqılar vacibdir:

    "İdeoloji təhlükələrə hazır olmaq üçün tək dövlətin fəaliyyəti ilə kifayətlənmək effektiv deyil. Mədəni birləşmə, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənəsinin dünyaya çatdırılması önəmli faktorlardır".

    Müzakirələrdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri yepiskop Aleksiy Smirnov da iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR