Aktaudan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Moskvaya istiqamət götürüb. Təyyarə xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Rusiyanın paytaxtına çatdıracaq.
Bu barədə Rusiyanın FHN-nin mətbuat xidməti məlumat yayıb.
“Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu FHN-nin xüsusi təyyarəsi Aktau hava limanından uçub. Təyyarədə bir uşaq daxil olmaqla, doqquz nəfər var”, - məlumatda qeyd edilib.
Məlumata əsasən, Rusiyanın FHN-nin Təcili Psixoloji Yardım Mərkəzinin bazasında açılmış qaynar xəttin 24 saat fəaliyyəti davam edir. Psixoloqlar, həmçinin Çeçenistanda zərərçəkənlərin və həlak olanların ailələri ilə işləyirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.