AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təyyarə qəzasında həlak olanların yeddi MƏRASİMİDİR

  • + A
  • - A
  • 4-01-2025, 09:11

    Təyyarə qəzasında həlak olanların yeddi MƏRASİMİDİR

    Bu gün - 31 dekabr AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak Azərbaycan vətəndaşlarının yeddi mərasimidir.

    Məlum təyyarə qəzasında həlak olanlar dekabrın 29-da dəfn olunublar. Onlardan üçü – təyyarənin komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıb.

    Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

    3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

    Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR