AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Öskürəyinin fərqinə varmadı, 6 ay ömrünün qaldığını öyrəndi

  • + A
  • - A
  • 4-01-2025, 19:00

    Öskürəyinin fərqinə varmadı, 6 ay ömrünün qaldığını öyrəndi

    35 yaşlı Linda Çaves adlı amerikalı 6 ay vaxt ömrünün qaldığını öyrənib.

    Qadın mütəmadi olaraq öskürürmüş və bunun bir allergiya olduğunu düşünüb. Uzun müddət sonra həkimə müraciət edib.

    Həkimlər gənc qadına ağciyər xərçəngi diaqnozu qoyublar. Bildirilib ki, qadın xəstəliyin müalicəsinə çox gecikib. Çünki Çavesin xəstəliyi 4-cü mərhələyə çatıb. Beləliklə, indi xərçəng ağciyərlərindən başqa digər nahiyələrə də yayılıb. Xərçəng onun beyninə, sümüklərinə, o cümlədən onurğa sütununa və limfa düyünləri və böyrəküstü vəzi kimi toxumalarına qədər irəliləyib. Həkimlər qadına 6 ay ərzində ölə biləcəyini deyiblər.

    Yaşadığı çətinlikləri sosial media hesabında izah edən qadın, "Ən kiçik ağrıdan şikayətlənirsinizsə həkimə müraciət edin", - deyib. Getdiyi xəstəxanada həkimlərin ona 3-6 ay ömrünün qaldığını söylədiyini ifadə edən Linda Çavez "Həyata qalacam" deyərək xəstəliyi ilə mübarizə aparacağını ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR