AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 7-01-2025, 20:52

    Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib -


    Bakı, 7 Yanvar — Azadmedia.az


    Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsinə Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
    Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov bələdiyyə institutunun yerli demokratiyanın göstəricisi olduğunu bildirib. O, bələdiyyələrin yerli təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Anar Abbasov əlavə edib ki, bu institutun təkmilləşdirilməsi ölkəmizdə demokratik idarəetmə prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir.
    Bələdiyyə üzvlüyünə namizədlər Nizami Babaşov, İradə Qarayeva, Akif Vəliyev, Vüsal Cəfərli, Əliyar Həsənov çıxış edərək ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Namizədlər bələdiyyələr tərəfindən ötən dövrdə görülən işlərdən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.
    Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR