Bakı, 8 Yanvar — Azadmedia.az
Nərimanov rayonunda Bələdiyyə seçkilərinə namizədlərlə seçicilərin növbəti görüşü keçirilib.
Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsinə Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
YAP Nərimanov rayon təşkilatında keçirilən görüşdə giriş sözü ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bələdiyyələrin statusu, yerli ərazilərin quruculuq-abadlıq işlərində oynadıqları əhəmiyyətli roldan, bələdiyyələrin daha da inkişaf etdirilməsi üçün ölkə başçısının imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də ölkənin idarə olunmasında bələdiyyə üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb. E. Quliyev həmçinin, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.
Görüşdə bələdiyyə üzvlüyünə namizəd olan Təmraz Tağıyev, Kifayət Xudaverdiyeva, Nizami Babaşov, İradə Qarayeva, Tamerlan Əkbərov, Ülkər Piriyeva və digərləri çıxış edərək ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Çıxışçılar bələdiyyələrin vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rola malik olduğunu qeyd etdilər. Eyni zamanda, öz seçki platformaları haqda seçicilərə məlumat verdilər.
Görüşlər zamanı seçicilər 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində qalib partiya olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.