Bələdiyyə seçkiləri ilə əlaqədar məntəqələrdə veb-kameralar quraşdırılacaq.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin veb-kameralar min məntəqəni əhatə edəcək.
"Seçkilərin keçirilməsində əsas tələblərindən biri prosesin şəffaflığıdır. Ona görə də media nümayəndələri də seçkiləri sərbəst şəkildə izləyə biləcəklər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.