“Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
M.Pənahov qeyd edib ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 üzv seçiləcək:
“Bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür. Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir.
Ümumilikdə seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.