İbrahim Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professorElm adamı olmaq şərəfli və məsuliyyətlidir, bir elm adamının yetişməsi üçün illər tələb olunur, yuxusuz gecələr, kitabxanalar və kitablar, jurnallar, dərsliklər və dərs vəsaitləri, tarlalar, plantasiyalar, stasionar və tarla təcrübələri, marşrut müayinələr, rəngarəng elmi metodikalar, bir və çoxamilli təcrübələr, müasir laboratoriya avadanlıqları ilə işləmə qabiliyyəti, alınan elmi nəticələrin təhlili və dünyanın yüksək reytinqli jurnallarında alınan nəticələrə uyğun məqalələrin nəşri bu işlərin tərkib hissəsidir. Elm və təhsil adamı idmançı kimidir, formadan düşməmək üçün müntəzəm çalışmalı və biliklərini daim təzələməlidir. Bu istiqamətdə çalışan gələcək elmi tədqiqatçılar qeyd etdiyim bütün bu nüansları nəzərə almalı və işə ürəklə girişməlidirlər. Elm fədakarlıq tələb edir. Gənc həmkarlarıma uğurlar!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.