“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sağlam təhsilalanların məktəbə qəbul tarixi aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə edəcək:
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar (orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, işsiz kimi qeydiyyatda olanlar, əmək pensiyası yaşına çatanlar).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.