"Boko Haram" terror qruplaşmasının yaraqlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında azı 20 balıqçını öldürüblər.
Bu barədə “Reuters2 agentliyi təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, nadan Harri kəndi yaraqlıların qəfil hücumuna məruz qalıb. Öldürülənlər arasında bir uşaq da var. Borno əyalətinin hərbçiləri və rəsmiləri hələ hücum barədə açıqlama verməyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.