AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda bələdiyyə seçkilərinin 25 illik TARİXİ

  • + A
  • - A
  • Dünən, 13:26

    Azərbaycanda bələdiyyə seçkilərinin 25 illik TARİXİ

    Azərbaycanda sayca 6-cı bələdiyyə seçkiləri keçirilir. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

    Modern.az Azərbaycanda bələdiyyə seçkilərinin tarixinə nəzər salıb.

    Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

    Azərbaycanda yerli özünüidarəetmə orqanlarına ilk seçkilər 1999-cu ildə keçirilib.

    İlk bələdiyyə seçkilərinə hazırlıq dövründə püşkatma yolu  74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılıb, bunlarında tərkibində ümumən 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olub. Həmçinin seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət edib.

    Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olmuşdur. Seçki günü respublika üzrə  seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak edib. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib. 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilib.

    Aktiv siyasi təşkilatlardan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkilərdə iştirakdan imtina edib. YAP, AXCP və Müsavat seçkilərə qatılıb və müxtəlif sayda bələdiyyələr qazanıblar.

    Növbəti seçkilər 5 il sonra, 2004-cü ildə baş tutub. Bələdiyyə seçkilərində ümumilikdə 38 041 namizəd iştirak edib, onlardan 21 mindən çoxu Yeni Azərbaycan Partiyasının üzvü olub. Bir sıra müxalifət partiyaları seçkilərdə iştirak etməkdən imtina edib.

    Bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin ümumi sayının 52,6%-i səsvermədə iştirak edib. Seçilmiş 20 346 bələdiyyə üzvündən 19 516 nəfəri kişi (95.92%), 830 nəfəri isə qadın (4.08%) olub.

    Növbəti seçki 2009-da baş tutub.  Bələdiyyə seçkiləri 118 seçki dairəsi və 4813 seçki məntəqəsi üzrə keçirilib, 15 min 682 bələdiyyə üzvünün seçilməsi üçün 1718 bələdiyyəni əhatə edib. Seçkilərdə cəmi 32.4 faiz seçici iştirak edib.

    Bələdiyyələrə üzv seçilmiş şəxslərdən 10 min 290-ı Yeni Azərbaycan Partiyası, 132-si Böyük Quruluş Partiyası, 81-i Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, 62-si Ana Vətən Partiyası, 61-i Vətəndaş Həmrəyliyi Partiyası, 41-i Azərbaycan Ümid Partiyası, 15-i Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, 14-ü Vətəndaş Birliyi Partiyası, 5-i Azərbaycan Sosial Rifah Partiyası, 4-ü isə Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər olub. Həmçinin seçilmiş üzvlərdən 4157-si bitərəf, 157-si isə partiya mənsubiyyətini göstərməmiş şəxs olub.

    2014-cü ildə baş tutan seçkilərdə isə 1607 bələdiyyəyə 15035 üzv seçilməsi nəzərdə tutulub. 37077 namizədin adı bələdiyyələr üzrə seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin 13907-nin namizədliyi 8 siyasi partiya tərəfindən, 109-u təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 23061 nəfər isə öz namizədliklərini fərdi qaydada irəli sürüblər.

    2019-cu il seçkilərində iştirak üçün 41 463 namizəd qeydiyyatdan keçib, rəsmi olaraq isə 13 partiya iştirak qərarı alıb. İlkin nəticələrə əsasən seçilmiş bələdiyyə üzvlərindən 5882 nəfəri qadın, 9272 nəfəri isə kişi olub. Bu, Azərbaycan tarixində qadınların bələdiyyə təmsilçiliyində rekord göstəricidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR