HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" briqadaları israilli əsir Agam Bergeri Qəzza zolağındakı Cəbaliya düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.
Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Telekanalın hadisə yerindən apardığı yayımda Bergerin BQXK-nın avtomobilinə mindiyini göstərib.
Telekanal qeyd edib ki, digər iki girov daha sonra Qəzza zolağının cənubundakı Xan-Yunisdə təhvil veriləcək.
"Əl-Qəssam" briqadaları daha əvvəl Arbel Yehud da daxil olmaqla, üç girovu azad edəcəyini bəyan etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.