AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ" Premyer Liqada bu gün "Sumqayıt"la qarşılaşacaq

  • + A
  • - A
  • Bu gün, 09:28

    "Qarabağ" Premyer Liqada bu gün "Sumqayıt"la qarşılaşacaq

    "Qarabağ Misli Premyer Liqasında bu gün "Sumqayıt"la üz-üzə gələcək.

    XXV turun matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

    Qarşılaşma saat 19:30-da start götürəcək. "Köhlən atlar" hazırda 57 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.

    Turun açılış qarşılaşması isə Bakıda baş tutacaq. Saat 17:00-da "Səbail" və "Şamaxı" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klubu 18 xalla sonuncu - 10-cu, qonaqlar 21 xalla səkkizincidir.

    Misli Premyer Liqası
    III dövrə, XXV tur

    3 mart

    17:00.“Səbail” – “Şamaxı”
    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
    VAR: Rəşad Əhmədov.
    AVAR: Namik Hüseynov.
    Hakim-inspektor: Ömər Paşayev.
    AFFA nümayəndəsi: Bəhram Qurbanov.
    “ASCO Arena”

    19:30. “Sumqayıt” – “Qarabağ”
    Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
    VAR: Kamal Umudlu.
    AVAR: Rahil Ramazanov.
    Hakim-inspektor: Ramil Diniyev.
    AFFA nümayəndəsi: Eldəniz Musayev.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR