Milli Məclisdə Amnistiya aktının qəbul olunması haqqında məsələ qaldırılıb.
Bu təkliflə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, həbsxanalardan ona və digər hüquq müdafiəçilərinə çox sayda müraciətlər daxil olur: “Hesab edirik ki, Amnistiya aktının qəbul olunması vacibdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.