AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah 13 dərəcə isti olacaq

  • + A
  • - A
  • Bu gün, 12:52

    Sabah 13 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında martın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmət məlumat yayıb, 

    Martın 3-dən 4-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı var.

    Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR