“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub.
"Report"un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, qurumun müavini Ruslan Aslan oğlu Kəngərliyə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.