AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 14:23

    Azərbaycanlı alim həll etdiyi tənliyin aviasiyada və digər sahələrdə istifadə oluna biləcəyini açıqlayıb

    "Navye Stoks bərabərliyi" tənliyinin həlli aviasiyada və digər bir çox sahələrdə istifadə oluna bilər.

    Bu barədə azərbaycanlı professor Kamal Sultanov AMEA-da tənliklə bağlı keçirilən təqdimatda məlumat verib.

    Onun sözlərinə görə, uun uzun illərdir həlli tapılmayan "Navye Stoks bərabərliyi" tənliyinin həlli haqqında məqaləsi "Springer" beynəlxalq elmi jurnalında çap edilib:

    "Təxminən 40 ildən çoxdur "Navye Stoks bərabərliyi" tənlikləri üçün qoyulmuş "Dirixle" məsələsinin zəif həllərinin yeganəliyi üzərində işləyirdim. Araşdırmada ilk dəfə olaraq cırlaşmanın olduğunu qəbul edərək həllin mümkünlüyü və həllər sinfini müəyyən etdim. Burada əldə edilən nəticə NASA tərəfindən istifadə edilib".

    K.Sultanov bildirib ki, 2015-ci ildə bu problemi həll etdiyini anlayıb və əldə etdiyi nəticəyə əsaslanaraq məqalə hazırlayıb, "arxiv.org" saytına yerləşdirib:

    "Bu problemi həll etmək üçün tamamilə fərqli bir metoddan istifadə etdim. Bu yanaşma, adətən, yeganəliyin göstərilməsi üçün tətbiq olunan metodlardan köklü şəkildə fərqlənir. 2020-ci ildə bununla bağlı hazırladığım məqaləni dünyada bu tənlikləri araşdıran alimlərin hamısına və reytinqi yüksək olan bütün jurnallara ardıcıl şəkildə göndərdim. 2024-ci ilin payızında məqaləm çap olundu".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR