AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Qırğızıstan ilə Tacikistan arasındakı sərhəd anlaşmasını alqışlayır

  • + A
  • - A
  • 15-03-2025, 11:04

    Azərbaycan Qırğızıstan ilə Tacikistan arasındakı sərhəd anlaşmasını alqışlayır

    Azərbaycan Qırğızıstan ilə Tacikistan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib.

    Bildirilib ki, bu tarixi saziş iki xalq arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyi və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır.

    "Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik" - XİN-in paylaşımında vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR