İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoruAna dili hər bir xalqın milli təqdimatıdir. Milli kimliyimizi, mənəvi dəyərlərimizi yaşadan başlıca vasitədir. Tarix boyu ana dilimizi unutdurmağa çalışsalar da buna nail ola bilməyiblər. Ana dilinin qorunması və inkişaf etdirilməsi məsələsi xalqımız üçün daima aktual məsələ olub. Bu mənada XX əsrin sonlarında və XXI əsrin əvvəllərində bu istiqamətdə atılan mühüm addımlar atılıb. Heç şübhəsiz ki, bu məsələdə ilk növbədə, ulu öndər Heydər Əliyevin milli dəyərlərə, o cümlədən ana dilinə olan sonsuz ehtiramıni qeyd etmək lazımdır.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Belə bir dövrdə ana dili məsələsini gündəmə gətirmək ciddi siyasi cəsarət və milli iradə tələb edib. Çünki 1930-cu illərdə dil məsələsini qaldıran ziyalılar və dövlət xadimləri ağır repressiyalara məruz qalmışdılar. Mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev xalqın ana dilini qorumaq və ona hüquqi status qazandırmaq üçün qətiyyətli mövqe nümayiş etdirib
Ümummilli Lider Heydər Əliyev 2001-ci il 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Bu Fərman dil siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirdi.
Elə həmin ilin 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilib. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu qanunla dövlət dili statusunun hüquqi mexanizmləri daha da dəqiqləşdirilib və onun tətbiqi, qorunması, inkişafı ilə bağlı dövlət siyasətinə normativ baza yaradılıb.
Bütün çətinliklərə baxmayaraq, ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının imzaladığı müvafiq fərman və sərəncamlardan irəli gələn addımlar ana dilimizin saflığının qorunması və daha da zənginləşməsinə xidmət edib.
Bu gün də gənc nəslə ana dilimizin zənginliyi və incəlikləri aşılanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.