AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda bu il yük daşımaları 3 % artıb

  • + A
  • - A
  • 15-05-2025, 13:21

    Azərbaycanda bu il yük daşımaları 3 % artıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb.

    Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon ton və ya 3 % çoxdur.

    Hesabat dövründə nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 milyon sərnişin və ya 5,7 % çoxdur.

    Bu ilin 4 ayında qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,4 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4 % təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR